Yığmamız 3-cü oldu – YENİLƏNİB
21.04.2012 - 15:42
17 yaşadək qızlardan ibarət komandalar arasında UEFA tərəfindən Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunmuş turnirdə iştirak edən Azərbaycan yığmasının növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, ilk oyunda Türkiyəyə 1:3 hesabı ilə uduzan Sissi Raytın yetirmələri III yer uğrunda matça çıxıb. 4 komandanın iştirak etdiyi turnirdə sonuncu olmamaq üçün millimiz Qazaxıstanla qarşılaşıb ki, bu görüşdə də qalib gəlib – 2:0. Bakı vaxtı ilə saat 15:00-da başlayan qarşılaşmanın hər hissəsində 1 dəfə fərqlənən yığmamız sonuncu pillədən qaça bilib.
AZƏRBAYCAN - QAZAXISTAN - 2:0
AZƏRBAYCAN - QAZAXISTAN - 2:0
0
0