“Paytaxt futbolçuları uduzmasa...”
21.04.2012 - 10:07
“Paytaxt futbolçuları uduzmasa...”
Bu gün bütün dünyanın diqqəti İspaniya çempionatında keçiriləcək “Barselona” – “Real” matçına yönələcək. Apasport.az saytının məlumatına görə, 400 milyon televiziya tamaşaçısının canlı izləyəcəyi proqnozlaşdırılan qarşılaşma ərəfəsində meydan sahiblərinin baş məşqçisi Xosep Qvardiaola görüş haqda fikirlərini açıqlayıb. O, yetirmələrinin oyuna yalnız qələbə üçün çıxacağını vurğulayıb: “Əgər “Real”ıla oyunumuzda paytaxt futbolçuları qalib gəlsə, ya da heç-heçə etsə onları çempion saymaq olar. Bizə isə yalnız qələbə lazımdır. Əks halda “Real”ı indidən təbrik etmək olar. Biz isə indidən növbəti mövsümə hazırlaşmaq haqda düşünməli olacağıq. Hətta qalib gəlsək belə hər şey “Real”ın öz əlində olacaq”.

Qeyd edək ki, Primeranın sonuna 5 tur qalmış “Real” “Barselona”dan 4 xal öndə qərarlaşıb.