Uruqvay yığması Azərbaycan milli komandasının taleyini yaşadı
21.04.2012 - 11:55
Uruqvay yığması Azərbaycan milli komandasının taleyini yaşadı
Futzal üzrə dünya çempionatının final mərhələsində çıxış edəcək daha 4 komandanın adı məlum olub. Apasport.az saytının məlumatına görə, bu il Tailandda keçiriləcək mundialda Cənubi Amerikanı təmsil edəcək yığmalar müəyyənləşib.

Buna Braziliyada keçirilən qitə seçmə mərhələsində aydınlıq gəlib. 10 komandanın 2 qrupda mübarizə apardığı yarışda yarımfinala yüksələn 4 komanda Tailanda vəsiqə əldə edib. Bunlar A qrupunda Braziliya və Argentina yığmalarıdır ki, onlar Çili, Boliviya və Ekvadoru arxada qoyub. B qrupunda isə Kolumbiya ilə Paraqvay sevinib. Onlar həm yarımfinala, həm də mundiala yüksəlməklə Uruqvay, Venesuela və Ekvadoru mundiala həsrət qoyub.

Qeyd edək ki, Cənubi Amerika təmsilçilərinə qədər meydan sahibi Tailand, Okeaniya zonasının qalibi Solomon adaları və Avropanın 7 ən güclüsü də final mərhələsinə yüksəlmişdi. “Köhnə dünya”da İspaniya, İtaliya, Ukrayna, Serbiya, Portuqaliya, Çexiya və Azərbaycan milli komandasının Tailand yolunu pley-off mərhələsində bağlayan Rusiya buna nail olmuşdu.