“El Klassiko”da yeni rekord
21.04.2012 - 14:50
“El Klassiko”da yeni rekord
İspaniyanın “Barselona” klubunun futbolçusu Xavi yeni rekorda imza ata bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün yarımmüdafiəçiyə bu gün Madrid “Real”ı ilə qarşılaşmada meydana çıxması kifayətdir. Bu dəfəki “El Klassiko” Xavinin karyerasında 32-ci olacaq. Indiyədək heç bir futbolçu bu sayda “El Klassiko” iştirakçısı olmayıb.

Qeyd edək ki, Xavi dünyanın ən məşhur derbisində 2000-ci ildə debüt edib.