Yığmamızın rəqibi Parmaya gedir
21.04.2012 - 15:32
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Lüksemburq yığmasının İtaliya ilə keçirəcəyi yoxlama oyununun məkanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 4 qat dünya çempionları ilə səfərdə qarşılaşacaq rəqibimiz Parma şəhərində oynayacaq. Mayın 29-dakı görüş “Ennio Tardini” stadionunda keçiriləcək.
Qeyd edək ki, bu oyun italiyalıların Avropa çempionatının final mərhələsi ərəfəsində evdə keçirəcəyi son matçdır.
Qeyd edək ki, bu oyun italiyalıların Avropa çempionatının final mərhələsi ərəfəsində evdə keçirəcəyi son matçdır.
0
0