Abramoviç: 25 milyon verirəm, Mourinyonu buraxın!
22.04.2012 - 14:25
“Çelsi”nin prezidenti Roman Abramoviç Joze Mourinyonu baş məşqçi postuna qaytarmaq üçün hərəkətə keçib. Apasport.az saytının məlumatına görə, London klubunun sahibi üçün portuqaliyalı mütəxəssis son 2 ildə çalışdırdığı Madrid “Real”ına onu buraxmaq üçün 25 milyon funt sterlinq təzminat verməyə hazır olduğunu açıqlayıb. Mourinyoya isə ildə 9 milyon avro məvacib təklif olunub. Əgər bu qayıtmaq variantı baş tutmazsa, hazırda baş məşqçi vəzifəsini icra edən italiyalı Roberto Di Matteonun bu posta təyin olunacağı gözlənilir.
Qeyd edək ki, Abramoviçin dəvəti ilə 2004-cü ilin yayında “Çelsi”nin baş məşqçi postuna keçən Mourinyo ona böyük uğurlar qazandıraraq, komandanı ardıcıl 2 il çempion etdi. O, “Real”da da işi uğurlu alındıqdan sonra yeni 2 illik müqavilə imzalamaq təklifi alıb.

0
0