“İnter” intriqanı saxladı
22.04.2012 - 19:20
“İnter” intriqanı saxladı
Bu gün Premyer Liqada XXIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Neftçi” çempionluğu bu tur rəsmiləşdirməyib. Lider “Xəzər Lənkəran”la səfərdə keçirdiyi “Böyük oyun”da uduzub. Ancaq bakılılar bu nəticə ilə belə qızıl medalçı ola bilərdi. Bu, “İnter”in “Qəbələ”yə uduzacağı halda, baş verəcəkdi. Ancaq “bankirlər” hesabda geridə olduğu oyunda əzmkar qələbə qazanaraq, çempionluq intriqasını saxlayıb. “Qarabağ”ın da çempionluq şansını rəsmən itirməyi ilə yalnız bu 2 paytaxt təmsilçisi Premyer Liqamızın qalibi ola bilər. Ancaq “Neftçi” 2-ci pilləyə yüksələn “İnter”i 8 xal qabaqladığından, artıq növbəti çempionluğunu rəsmiləşdirə bilər. Komanda növbətin həftə sonu “Qarabağ”ı, “İnter” “Xəzər Lənkəranı qəbul edəcək.

22 aprel

“Qarabağ” – “Bakı” - 2:4
QOLLAR: Georgi Adamiya, 33, Muarem Muraem, 88 - Denis İvanov, 14, Deyvidas Çesnauskis, 62, Aleksandr Şoliç, 65, Namiq Yusofov, 76-öz qapısına
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar – 2:1, 3:0, 2:1

“Qarabağ”: 99. Boyan Pavloviç, 2. Qara Qarayev,5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya
Ehtiyat oyunçular:1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 7. Namiq Yusifov, 9. Bəxtiyar Soltanov, 19. Muarem Muarem, 25. Ansi Aqolli, 44. Eltun Yaqublu
Baş məşqçi: Qurban Qurbanov

“Bakı”:16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 10. Lukas Mario Horvat, 11. Elvin Məmmədov, 15. Cəmşid Məhərrəmov (k), 25. Şəhriyar Əliyev, 36. Parks Vinston, 99. Rəhman Hacıyev
Ehtiyat oyunçular:1. Marko Şarliya, 4. Vadim Borets,19. Nurlan Novruzov, 22. Tural Qürbətov, 30. Verpakovskis Maris, 32. Savinov Aleksey, 77. Aleksandar Soliç
Məşqçi: Novruz Əzimov

“Kəpəz” – AZAL - 0:2
QOLLAR: Sabir Allahquliyev, 55-öz qapısına, Georgi Bogyu, 65
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar - 3:1, 0:2, 0:2

“Xəzər Lənkəran” – “Neftçi” - 1:0
QOL: Rikardo Qomes, 52
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:5, 1:1

“Xəzər Lənkəran”:1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 3. Elvin Beqiri, 6. Roberto Alviz, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Sadio Tounkara , 16. Adrian Pit , 21. Rodomir Todorov 81. Rikardo Qomeş
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elnur Abdullayev, 11. Andrei Mureşan, 12. Salif Ballo, 23. Şəhriyar Xəlilov, 30. Rendal Brenes, 33. Stevan Bates
Baş məşqçi: Yunis Hüseynov

“Neftçi”: 1. Rauf Mehdiyev , 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə

Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 11. Cavid Hüseynov, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev , 26. Kərim Diniyev, 28. Emin Mehdiyev
Baş məşqçi Böyükağa Hacıyev


“İnter” – “Qəbələ” - 2:1
QOLLAR: Nizami Hacıyev, 25, İbrahima Niasse, 31 - Dodo, 8
Qırmızı vərəqə Mahir Şükürov, 81 (“Qəbələ”)
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Mübariz Haşımov, Fariz Yusifov
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 0:0, 2:1


“İnter”: 1.Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev, 11. Asif Məmmədov, 14. Peter Zlatinov, 15. Vladimir Levin (k), 18. Ilia Kandelaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 22. Peter Chrappan, 25. İbrahima Niasse
Ehtiyat oyunçular:90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 6. Samir Zərgərov, 13. Bronislav Çervenka, 24. Fuad Bayramov, 28. Baçana Sxadadze, 30. Danildo Assioli
Baş məşqçi: Kaxaber Sxadadze

“Qəbələ”: 30. Qrem Smit ,3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 8. Bruno da Silva, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 77. Dodo
Ehtiyat oyunçular:1. Elnar Kərimov, 7. Yaşar Abuzərov, 9. Viktor Mendi, 15. Nodar Məmmədov, 16. Abdulakader Kamara, 22. Murad Hüseynov, 33. Saşa Yunisoğlu
Baş məşqçi: Fatih Kavlak

N  KlublarOQHMT-FX
1  Neftçi29193753-2660
2  İnter29157728-2052
3  Qarabağ29148734-2250
4  Xəzər Lənkəran29166739-2648
5  Bakı291451040-3147
6  Qəbələ291361037-3145
7  AZAL291171143-4340
8  Rəvan298101130-3534
9  Kəpəz29851632-4829
10  Simurq29781425-4029
11  Turan29661724-3824
12  Sumqayıt29551923-4820


Bombardir: Bahodir Nasimov (Neftçi) – 16