Vadim Boretslə Aleksey Savinov yenidən “Bakı”da
22.04.2012 - 15:08
“Bakı”nın moldovalı futbolçuları Vadim Boretslə Aleksey Savinov yenidən əsas komandada yer alıb. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçular qış fasiləsindən sonra ilk dəfə meydana çıxmaq imkanı qazanıb. Məşqçi Novruz Əzimov onların adlarını hazırda “Qarabağ”la keçirilən Premyer Liqanın XXIX turunun oyununun protokoluna daxil edib. Ehtiyatda olan həmyerlilərə ehtiyac olarsa, meydana buraxılacaqlar.
Qeyd edək ki, 2008-ci ilin “Bakı”nın şərəfini qoruyan Boretslə Savinov latviyalı sabiq baş məşqçi Aleksandr Starkov tərəfindən qış fasiləsində transferə çıxarıldılar. Müqavilə ilə kluba məxsus futbolçuları adları iştirak ərizəsində qalırdı və onlar əvəzedici heyətdə məşq edərək, yeni kluba keçmək variantını götür-qoy edirdi.

0
0