“Qarabağ” da çempionluq şansını rəsmən itirdi
22.04.2012 - 16:53
“Qarabağ” da çempionluq şansını rəsmən itirdi
Daha bir komanda Premyer Liqamızın qalibi olmaq şansını rəsmən itirdi. Apasport.az saytının məlumatına görə, lider “Neftçi”nin ən yaxın izləyicisi olan “Qarabağ”ın çempion ola bilməcəyi artıq rəsmiləşdi. Buna “Bakı” ilə bugünkü ev oyununda məğlubiyyət səbəb oldu.

Ağdamlılar hazırda “Neftçi”dən 10 xal geri qalır ki, bunu sona 3 tur qalmış aradan qaldırmaq mümkün olmayacaq. Çempionluğun bir addımlığında olan “Neftçi”yə yalnız “İnter” əngəl ola bilər. “Bankirlər” bu gün evdə “Qəbələ”yə yalnız qalib gələrsə, şansını saxlayacaq. Ancaq eyni vaxtda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyununda qonaqlar qələbəni qazanarsa, ardıcıl 2-ci çempionluğunu bayram etmiş olacaq.