Vaqif Sadıqov: Onlara müdafiədə səhv etməməyi tapşırmışdım
22.04.2012 - 17:45
“Bu oyunun çətin keçəcəyini bilirdik. “Kəpəz” öz meydanında güclü oyun nümayiş etdirir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Yeni komandasında ilk qələbəsini 3-cü oyununda qazanan təcrübəli mütəxəssis səfərdə “Kəpəz”i 2:0 hesabı ilə yendi: “Futbolçularıma müdafiədə səhvə yol verməməyi tapşırmışdım. Mən şadam ki, bu gün komandam qələbə qazandı. Oyunçularım dediklərimi yerinə yetirdilər”.
0
0