“Futbolçularım oyunlarını tapa bilmədilər”
22.04.2012 - 17:48
“Futbolçularım oyunlarını tapa bilmədilər”
“Gərgin oyunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Fuad İsmayılov deyib. O, Premyer Liqanın hesabat turunda bu gün evdə AZAL-a 0:2 hesablı məğlubiyyəti belə izah edib: “60-cı dəqiqəyə kimi başabaş mübarizə gedirdi. Öz qapımıza qol vurduqdan sonra futbolçularım ruhdan düşdülər və oyunlarını tapa bilmədilər”.