Novruz Əzimov: Sona qədər vuruşaraq, istəyimizə nail olduq
22.04.2012 - 17:54
“Bütün imkanlardan istifadə edib, sona qədər vuruşduq və istəyimizə nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakıl”nın baş məşqçi əvəzi Novruz Əzimov deyib. Onun komandası Premyer Liqada ardıcıl 2-ci qələbəsini səfərdə “Qarabağ” üzərində qazanıb - 4:2. Bununla da komanda kubokun ilk oyununda ağdamlılardan aldığı məğlubiyyətini çıxıb: “Çox şadam ki, səfərdə “Qarabağ” kimi güclü komandanı məğlub edə bildik. Oyunçularımı təbrik edirəm. Hava şəraiti pis olsa da, qələbə qazandıq. “Qarabağ”a növbəti oyunlarda uğurlar arzulayıram”.
0
0