Qurban Qurbanov: “Bakı”ya bu hesabla uduzacağımızı gözləmirdim
22.04.2012 - 17:58
“Bu gözəl oyuna görə rəqibimizi təbrik edirəm. “Bakı” kimi komanda ilə oynamaq həqiqətən də çox çətin idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın baş məçqçisi Qurban Qurbanov deyib. Ağdamlılar Premyer Liqada ardıcıl 2-ci məğlubiyyəti evdə “Bakı”dan 2:4 hesabı ilə aldı: “Az vaxt ərzində bu qədər qol buraxmağımız oyunçularıma psixoloji cəhətdən çox pis təsir etdi. Səhvlərimiz çox oldu. Bu nəticəni gözləmirdim”.
0
0