Böyükağa Hacıyevdən etiraf: Hər şey göz qabağında idi
22.04.2012 - 19:44
Böyükağa Hacıyevdən etiraf: Hər şey göz qabağında idi
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Böyük oyun”dakı məğlubiyyətinin səbəbini açıqlayıb. Apasport.az saytının məlumatına görə, o, “Xəzər Lənkəran”ın 1:0 hesablı qələbəsini tam oyuna görə olduğunu düşünür: “Hamınız oyuna baxdınız, hər şey göz qabağında idi. Yunis müəllimi qələbə münasibəti ilə təbrik edirəm”.