Fatih Kavlak: Belə məsələlərə Hakimlər Komitəsi baxmalıdır
22.04.2012 - 20:02
Fatih Kavlak: Belə məsələlərə Hakimlər Komitəsi baxmalıdır
“İlk hissədə yaxşı oynamasaq da, ikinci hissədə daha aqressiv oyun nümayiş etdirərək rəqibi sıxmağa başladıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Fatih Kavlak deyib.

O, Premyer Liqanın XXIX turunun “İnter”lə səfər oyunu (1:2) haqda fikirlərini açıqlayıb: “Rəqibi öz qapısına sıxsaq da, təəssüf ki, qol imkanlarından yararlana bilmədik. “Bakı” ilə oyuna yaxşı hazırlaşmalıyıq. Mən bu komandaya baş məşqçi təyin olunandan demişəm ki, hakimliklə bağlı danışmıram. Belə məsələlərə Hakimlər Komitəsi baxmalıdır, mən öz komandama cavabdehəm”.