Kaxaber Sxadadze: Bir az da diqqətli olsaydıq...
22.04.2012 - 20:06
Kaxaber Sxadadze: Bir az da diqqətli olsaydıq...
“Çox güclü komanda ilə oyunda qələbə qazanıb, vacib üç xal qazandıq. Mövsümün axırı olmasına baxmayaraq, “Qəbələ” fiziki cəhətdən çox güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.

O, Premyer Liqanın XXIX turunun “Qəbələ” ilə ev oyunu (2:1) gaqda fikirlərini açıqlayıb: “Oyunun əvvəlində yaxşı təsir bağışlamadıq. Ancaq qol vurduqdan sonra komandam tədricən öz oyununu göstərməyə başladı. Bir az da diqqətli olsaydıq, hesabı artıra bilərdik. Çünki rəqib məğlub olanda çox boşluqlar buraxır. Biz çalışacağıq ki, mövsümün sonuna kimi bütün oyunlarda maksimum nəticə göstərək”