Yığmamızın üzvü məğlubiyyətə üzüldü
23.04.2012 - 08:39
Futzal üzrə Ukrayna çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının üzvləri Serjao və Biro Jadenin şərəfini qoruduğu “Uraqan” klubu öz meydanında “Yenakiyevets”i qəbul edib. Meydan sahibləri bu görüşdə 1:3 hesabı ilə uduzublar. Biro Jadenin zədə üzündən yenə kənarda qaldığı matçda Serjao komandasına fayda verə bilməyib.
Qeyd edək ki, 21 oyundan sonra hesabında 32 xal olan “Uraqan” 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, 21 oyundan sonra hesabında 32 xal olan “Uraqan” 3-cü pillədə qərarlaşıb.
0
0