Araz Abdullayev komandasına lazım olmadı
23.04.2012 - 08:53
Araz Abdullayev komandasına lazım olmadı
Yunanıstan çempionatında sonuncu – XXX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin çıxış etdiyi “Panionios” səfərdə “Asteras Tripolis”in qonağı olub. Bu qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Araz isə ehtiyat oyunçular skamyasında qalaraq komandasına lazım olmayıb.

Bununla da 30 oyundan sonra 33 xal toplayan “Panionios” 16 komanda arasında 12-ci olub.