“Barselona”: Məğlubiyyətləri yazda sayarlar
23.04.2012 - 09:35
İspaniyanın “Barselona” klubu 3 illik fasilədən sonra qara zolağa düşüb. Apasport.az saytının məlumatına görə, ötən həftə keçirdiyi qarşılaşmalarda ardıcıl 2 məğlubiyyət alan Kataloniya təmsilçisi sonuncu dəfə 2009-cü ilin mayında belə üzüntü yaşamışdı.
Əvvəl Çempionlar Liqasında “Çelsi”yə 0:1 uduzan “Barselona” ardından Primerada “Real” qarşısında aciz qaldı – 1:2. Xosep Qvardiolanın yetirmələri 3 il əvvəl də yazda məğlubiyyətləri sıralamışdı. Həmin vaxt mayda keçirilən 2 çempionat görüşündə barselonalılar xalsız qalmışdı. Əvvəl “Malyorka”ya 1:2 hesabı ilə uduzan Qvardiolanın yetirmələri ardınca “Osasuna”dan 1 cavabsız qol buraxmışdı.

0
0