Vaqif Sadıqovun 801 gün gözlədiyi an
23.04.2012 - 09:51
AZAL-ın yeni baş məşqçisi Vaqif Sadıqov 2 ildən sonra Azərbaycan Premyer Liqasında qələbə qazandı. Apasport.az saytının məlumatına görə, milli komandamızı da çalışdırmış təcrübəli mütəxəssis vətənində sonuncu qələbəsini 2009/10 mövsümündə qazanmışdı. Bu, 801 gün öncə Premyer Liqanın XX turunda – 2010-cu ilin fevralın 13-də “Karvan”la səfər matçında olmuşdu. Həmin vaxt “Neftçi”ni çalışdıran Sadıqov Yevlaxdakı oyunda 1:0 hesabı ilə qalib gəlmişdi.
Maraqlıdır ki, 53 yaşlı mütəxəssis bu dəfə də səfərdə, özü də əyalətdə sevindi. AZAL-la ilk iki oyununda evdə 1:1 hesablı bərabərliyə qalan Sadıqov son turda “Kəpəz”lə Gəncədəki matçda qələbə qazandı – 2:0.
Qeyd edək ki, Sadıqov “Neftçi”ni həmin mövsümdə “altılığ”a çıxarandan – təsnifat mərhələsinin axırıncı turunda “İnter”lə səfərdə 0:1 hesabı ilə uduzduğu səfər oyunundan sonra istefa vermişdi.

0
0