“Neftçi”yə yenə çempion olmaq üçün 3 xal, yaxud “İnter”in büdrəməyi lazımdır
23.04.2012 - 10:08
“Neftçi” ardıcıl 2-ci çempionluğunu Premyer Liqanın növbəti turunda rəsmiləşdirə bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün liderə XXX turda aprelin 29-da “Qarabağ”la ev oyununda qalib gəlmək lazımdır. “Neftçi” ən yaxın izləyicisi “İnter”dən 8 xal irəlidədir. “Bankirlər” həmin gün qəbul edəcəyi “Xəzər Lənkəran”a qalib gəlib, çempionluq şansını saxlamaq üçün həmşəhərlilərinin uduzmağını gözləməlidir. Çünki “Neftçi” heç-heçə edib, “İnter” qalib gələrsə, komandalar arasında xal fərqi 6 olacaq.
Bundan sonra hələ 2 tur olacağını nəzərə alsaq, “bankirlər” liderə çata bilər. Komandaların mövsümün sonunda xalları bərabər olanda isə reqlamentə görə əsas götürülən şəxsi oyunlara baxılmayacaq. Çünki bu halda, “Qızıl oyun” keçiriləcək. Özü də onun hər ikisində “Neftçi” iştirak edib. Komanda 2001-ci ildə “Şəmkir”ə Sumqayıtda uduzub (0:1), bundan 4 il sonra Gəncədə “Xəzər Lənkəran”a qalib gəlib (2:1).
Təbii ki, “İnter”lə “Xəzər Lənkəran”la oyunda xal itirərsə, “Neftçi” “Qarabağ”la matçının nəticəsindən asılı olmayaraq, avtomatik çempion olacaq. Ümumiyyətlə, liderə qalan 3 oyunda 1 qələbə yetərlidir.
Qeyd edək ki, “Neftçi” çempionluğu son turda rəsmiləşdirmək imkanına malik oldu. Ancaq “Xəzər Lənkəran”la səfər oyununda uduzmağı, “İnter”in evdə “Qəbələ”yə qalib gəlməyi çempionluq mübarizəsini ən azı növbəti tura kimi davam etdirdi.

0
0