Yunanıstan macərası: Dörd ayda 8 saat 15 dəqiqə
23.04.2012 - 10:19
Yunanıstan macərası: Dörd ayda 8 saat 15 dəqiqə
Futbol üzrə Yunanıstan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Superliqanın başa çatna mövsümündə Azərbaycan futbolçusu da iştirak edib. Müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olub, həmin komandaya transferindən sonra gününü icarələrdə keçirən Araz Abdullayev son 4 ayını “Panionios”un düşərgəsində olub.

20 yaşlı yarımmüdafiəçi bu müddətdə komandasının keçirdiyi 18 rəsmi matçın yalnız yarısında meydana çıxıb. Bu 9 görüşün də 8-i çempionat, 1-i kubokda olub. Bu matçlarda futbolçumuz 1 sarı vərəqə ilə dəf fərqlənib. Cəmi 5 dəfə start heyətində şans qazanan Araz ümumilikdə 495 dəqiqə meydanda olub. Bu isə yarımmüdafiəçinin 4 ay ərzində 8 saat 15 dəqiqə oynaması deməkdir.

Araz Abdullayev “Panionios”da

04.01.2012 Superliqa. Panionios – Asteras Tripolis - 2:0 (28)
07.01.2012 Superliqa. Erqotelis – Panionios – 1:0 (46)
11.01.2012 Yunanıstan kuboku. Panionios – Panatinaikos – 0:0, pen.4:3 (87*)
15.01.2012 Superliqa. Panionios – Panaitolikos - 1:0 (66*)
21.01.2012 Superliqa. PAOK - Panionios – 1:0 (90*)
25.01.2012 Yunanıstan kuboku. Olimpiakos - Panionios – 4:0 (-)
28.01.2012 Superliqa. Panionios – Kerkira – 2:0 (-)
04.02.2012 Superliqa. AEK – Panionios – 1:0 (-)
11.02.2012 Superliqa. Panionios Yannina – 0:0 (69*)
19.02.2012 Superliqa. Olimpiakos – Panionios – 2:0 (-)
03.03.2012 Superliqa. Panionios – Atromitos – 1:2 (1)
11.03.2012 Superliqa. OFİ – Panionios – 0:1 (-)
18.03.2012 Superliqa. Panionios – Doksa – 2:0 (85*, sarı)
24.03.2012 Superliqa. Aris – Panionios - 4:2 (-)
01.04.2012 Superliqa. Panionios – Levadiakos – 2:0 (-)
08.04.2012 Superliqa. Panatinaikos – Panionios – 3:0 (-)
18.04.2012 Superliqa. Panionios – Ksanti – 1:1 (23)
22.04.2012 Superliqa. Asteras Tripolis – Panionios – 2:0 (-)

Qeyd: “*” işarəsi qoyulan matçlarda start heyətidnə meydana çıxıb.