“Qəbələ”nin 7 futbolçusunu Latviyaya apardılar
23.04.2012 - 10:49
“Qəbələ”nin 7 futbolçusunu Latviyaya apardılar
Mayın 1-dən 6-a qədər Latviyanın paytaxtı Riqada 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nikolay Adam hazırlıqlara cəlb edəcəyi futbolçuların siyahısını açıqlayıb. Toplanışa 19 futbolçu yollanacaq ki, onların arasında “Qəbələ”lilər çoxluq təşkil edir. Belə ki, bu komandadan 7 oyunçu Latviyaya yollanacaq:

Ağaseyid Qasımov (“İnter”), Peyman Məmmədzadə, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Elçin Tağıyev, Renat Ağaverdiyev, Mahir Mədətov, Umar Akmurzaev (hamısı “Bakı”), Bəhlul Mustafazadə, Fərid Əsədli, Roman Hüseynov, Vüqar Əlibabayev, Sahil Mirzəyev, Coşqun Süleymanov, Məhəmməd Hüseynov (hamısı “Qəbələ”), Əlibəy Məmmədli, Anar Həsənov(hər ikisi “Rəvan”), Kamran Nəcəfzadə, Elməddin Məmmədov (hər ikisi “Neftçi”), Şaxban Cəbrayılov (“Qarabağ”).