Tərlan Əhmədov: Təəssüf ki, belə oldu
23.04.2012 - 11:06
"İstəməzdik ki, “Xəzər Lənkəran”la oyunumuz qərəzli hakim qərarları ilə yadda qalsın. Amma təəssüf ki, belə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin məşqçisi Tərlan Əhmədov deyib.
O, klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın XXIX turunun “Xəzər Lənkəran”la oyunundakı 0:1 hesablı məğlubiyyət haqda fikirlərini açıqlayıb. Əhmədov məğlubiyyəti hakimin idarəçiliyi ilə bağlayıb: “Bir neçə epizodda hakim rəqib futbolçuların kobudluğuna göz yumdu. Nəticədə Flavinyoya səbəbsiz yerə sarı vərəqə göstərdi. Özü də o bilirdi ki, bu vərəqə Flavinyonun növbəti matçı buraxmasına səbəb olacaq. Ümumiyyətlə onun qərarları komandamızın gələcək oyunlarına mənfi təsir edəcək. Buna qədər Elçin Məmmədov "Bakı" və "İnter" komandaları ilə oyunlarımızı idarə etmişdi. Həmin qarşılaşmalarda hakim qərəzli qərarları ilə yadda qalmışdı. Belə hakimlik klublarımız arasındakı münasibətlərə də pis təsir edir".

0
0