Flavinyo: Mənə elə gəlir ki, buna son qoyulmalıdır
23.04.2012 - 11:11
“Xəzər Lənkəranla oyunumuzun gərgin alınacağını bilirdik. Qələbə qazansaydıq çempionluğumuzu vaxtından əvvəl rəsmiləşdirəcəkdik. Lakin ilk dəqiqələrdən hakim birtərəfli qərarlar verməyə başladı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Flavinyo deyib.
Braziliyalı yarımmüdafiəçi Premyer Liqanın hesabat turunda “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzduqları oyuna münasibət bildirib. Flavinyo klubunun rəsmi saytına verdiyi açıqlamasında bildirib ki, rəqib futbolçular ona qarşı çox kobud oynayıblar: “Bütün matç ərzində məni “sındır”maqla məşğul idilər. Hakim də buna hər dəfə göz yumurdu. Hətta mənə qarşı kobudluqdan sonra yıxılsam da, Elçin Məmmədov simulyasiya etdiyimi əsas gətirərək mənə sarı vərəqə göstərdi. Nəticədə mən növbəti görüşdə meydanda olmayacağam. Bu hakim “Bakı” ilə qarşılaşmada da mənə qarşı rəqibin açıq-aşkar kobudluğunu görməməzliyə vurmuşdu. Mənə elə gəlir ki, buna bir son qoyulmalıdır”.

0
0