“Qarabağ” – “Bakı” oyununun vaxtı müəyyənləşdi
23.04.2012 - 11:22
“Qarabağ” klubu Azərbaycan kubokunun cavab görüşünə hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, aprelin 22-də “Bakı” ilə Premyer Liqa çərçivəsində qarşılaşan komanda 2 gün sonra keçiriləcək yarımfinalın cavab görüşünə hazırlaşır.
Qurban Qurbanovun yetirmələri oyundan sonra Bakıya qayıtmayıb. Quzanlıda məskunlaşacaq komanda ilk görüşdə səfərdə 1:0 məğlub etdiyi rəqiblə cavab matçına elə doğma arenada hazırlaşır.
Qeyd edək ki, aprelin 25-də keçiriləcək “Qarabağ” – “Bakı” oyunu saat 16:00-da başlayacaq.

0
0