Mövsümün ilk “abunəçisi” - “Sumqayıt”
23.04.2012 - 11:30
Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Simurq” – “Sumqayıt” oyununda mövsümün ilk “abunəçi”si müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın debütantı Zaqatalada 1:2 hesabı ilə uduzaraq cari mövsümdə eyni rəqibə 12 xal verən ilk komanda kimi tarixə düşüb. Belə ki, “Simurq” təsnifat mərhələsində 2 dəfə 1:0, final mərhələsində isə 2 dəfə 2:1 hesablı qələbə qazanıb.
“İnter”in prezidenti Georgi Nikolovun saytımıza açıqlamasında 1 komandanın eyni rəqibə daim uduzmasını onun “abunəçi” olması ilə izah etdiyini nəzərə alsaq “Sumqayıt” bu ada layiq görülüb. Lakin mövsümün sonunadək “abunəçi”lər arta bilər.
Belə ki, ilk 3 – təsnifat mərhələsinin 2, final mərhələsinin ilk dövrəsindən sonra 6 cütdə 1 komanda rəqibinə xal verməmişdi. Bu cütlərdən 2-də sindrom qırılıb. “Bakı” “Qarabağ”ın “abunəçisi” olmaqdan qurtularaq ilk qələbəsini qazanıb - 1:2, 0:3, 1:2, 4:2. Bundan əvvəl isə “Rəvan” AZAL-ı “abunə”dən buraxmışdı – 2:1, 3:1, 2:0, 1:1.
Lakin daha 3 cütdə 4-cü yunlar irəlidədir. “Neftçi” – “Bakı” (1:0, 3:1, 2:1), AZAL - “Simurq” (5:1, 3:0, 2:1) və “Kəpəz” - “Rəvan” (2:1, 3:2, 1:0) cütlərində 4-cü duel yeni “abunəçi”ni də ortaya çıxara bilər. Bu cütlərdən sonuncu ikisi artıq XXX turda öz oyunlarını oynayacaq.

0
0