“Bu 2 epizod Məmmədovun qərəzli olduğunu demək üçün kifayətdir”
23.04.2012 - 11:37
"Bu matçda hakimin demək olar ki, bütün qərarları “Xəzər Lənkəran” klubunun lehinə idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Ruslan Əmircanov deyib.
Klubunun rəsmi saytına açıqlama verən futbolçu komandasının digər üzvləri kimi “Xəzər Lənkəran”a səfərdəki 0:1 hesablı məğlubiyyətin səbəblərini özlərində deyil hakimdə görür: “Oyundan 2 epizodu misal çəkirəm. Birində rəqib futbolçu baş hakimin gözü qarşısında əllə oynayır. Elçin Məmmədov qayda pozuntusunu qeydə alsa da "Xəzər Lənkəran"ın futbolçusuna sarı vərəqə göstərmir. Digər epizoda isə Flavinyonu yıxsalar da sarı vərəqə onun özünə göstərilir. Məncə bu 2 epizod Məmmədovun qərəzli olduğunu demək üçün kifayətdir".

0
0