Çempionlar Liqasında 6-cı potensial rəqibimiz müəyyənləşdi
23.04.2012 - 13:10
2012/13 mövsümündə Çempionlar Liqasında iştirak edəcək daha 4 klubun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Bavariya” və İtaliyanın “Yuventus” komandaları Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni indidən təmin edib.
Sloveniya çempionu olan “Maribor” isə II təsnifat mərhələsində mübarizəyə başlayacaq. Bu komandanın reytinqi yüksək olduğundan sloveniyalılar mərhələnin səpələnmiş klubları arasında yer alacaq. Bu is o deməkdir ki, bu komanda da Azərbaycan çempionunun potensial rəqiblərindən biridir. Onlaradək daha 5 potensial rəqibimiz məlum idi. Bunlar “Dinamo” (Xorvatiya), BATE (Belarus), “Helsinqborq” (İsveç), HİK (Finlandiya), “Ventspils” (Latviya) klubları idi.
Andorra çempionu adını qazanan “Lusitanos” isə I təsnifat mərhələsində oynayacaq. Onlar mərhələ adlamağı bacarsa belə çempionumuzla eyni – səpələnməmişlər səbətində olacaq.

0
0