Millimizin sabiq baş məşqçisinin Yaponiyada qazandığı titul
23.04.2012 - 17:23
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Hacıyevski mayın 23-də yoldaşlıq görüşündə rəqibimiz olacaq Yaponiya yığmasına yaxşı bələddir. Apasport.az saytının məlumatına görə, təcrübəli makedoniyalı mütəxəssis 2000-ci ildə Yaponiyada işləyərək, Jey-Liqada çıxış edən “Jubilo İvata” klubunu çalışdırıb. Hacıyevski bu komandada işlədiyi 1 ildə titul qazanmağı bacarıb. Belə ki, 57 yaşlı çalışdırıcı Yaponiya klubuna ölkə Superkubokunu qazandırıb. Hacıyevski məşqçilik karyerasında ən uğurlu dövrünü keçirdiyi Makedoniya yığmasından Yaponiyaya getsə də, cəmi 1 ildən sonra vətəninə dönərək, “Vardar” klubunun baş məşqçi postuna qayıdıb.
Qeyd edək ki, Hacıyevski ölkəmizdə millimizdə baş məşqçi əvəzi olaraq, 3 oyun keçirib. Bunlardan rəsmi oyunlar məğlubiyyətlə, yeganə yoldaşlıq görüşü qolsuz bərabərliklə nəticələnib. O, klublarımızdan “Bakı” və “Simurq”a rəhbərlik edib. Hacıyevskinin ölkəmizdə yeganə mükafatı “zolaqlılar”la ölkə çempionluğu titulu olub.

0
0