“Qalatasaray” – “Fənərbaxça” derbisi azarkeşin həyatına son qoydu
23.04.2012 - 17:45
“Qalatasaray” – “Fənərbaxça” derbisi azarkeşin həyatına son qoydu
Türkiyə Superliqasında son turunda keçirilən “Qalatasaray” – “Fənərbaxça” oyunu insan həyatına son qoyub. Apasport.az saytının məlumatına görə, matçı keçirildiyi “Türk Telekom Arena”dan izləyən Fatih Çalışkan infarkt keçirərək, vəfat edib. “Qalatasaray”ın azarkeşi olan bu şəxsin oyunun fasiləsində səhhətində problem yaranıb.

“Qalatasaray” yaydığı rəsmi açıqlamada başsağlığı verərək, bu olayla bağlı bəzi çatışmazlıqları açıqlayıb: “Qardaşımız narahat olduğu zamanı yaxınlıqda mühafizə xidməti olmadığından, kömək istəyə bilməmiş, ancaq azarkeşlərin hamılıqla qışqırması nəticəsində həkimlərin köməyə çağırılmağına nail olunmuşdu. Onların müdaxiləsindən sonra təcili tibbi yardım maşının gəlməyi 15-20 dəqiqə sürmüş, onu idarə edən sürücün yolu düz getməməyin nəticəsində xəstəxanaya çatmaq 20-25 dəqiqə çəkmişdi. Fatih xəstəxanaya həyatının itirmişdi. Arenada baş verənlərə məsul şəxslərlə bağlı lazımı hüquqi işlərin görülməyini və bununla bağlı məlumat verilməyini istəyirik”.

Qeyd edək ki, “Qalatasaray” fasiləyə 0:1 hesabı ilə geridə olduğu oyunda 1:2 hesabı ilə uduzub.