Millimiz Qazaxıstana 2 legionerlə gedir
24.04.2012 - 09:50
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasınn heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, aprelin 28-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq “Prezident kuboku” turnirində iştirak edəcək futbolçuların siyahısı müəyyənləşib. Baş məşqçi Təbriz Həsənov komandaya 20 futbolçu çağırıb. Bu futbolçulardan ikisi Rusiya və Türkiyədən olan legionerlərdir: Əli Həsənli (“Qəbələ”), Ağaseyid Qasımov (“İnter”), Ravil Məhəmmədov (“Neftçi”), Qaziməhəmməd Qurbanov (“Anji”, Rusiya), Budaq Nəsirov (“Turan”), Mansur Nəhavəndi (“İnter”), Yusup Hakimov (“Bakı”), Batıkan Karabağlı (“Kartalspor”, Türkiyə), İlyas Səfərzadə (“Xəzər Lənkəran”), Nicat Abbasov (“Qarabağ”), Ülvi İbazadə (“İnter”), Təyyar Məmmədov (“Bakı”), Pərviz Qaraxanov (“Neftçi”), Ülvi Süleymanov (“Bakı”), Elnur Mustafayev (“Qarabağ”), Mahir Mədətov (“Bakı”), İbrahim Aslanlı (“Qəbələ”), Elvin Nəsibov (“Qarabağ”), Elnur Cəfərov (“Xəzər Lənkəran”), Fəhmin Muradbəyli (“Neftçi”).
0
0