Yubiley kubokun finalına gedən yolun yolçuları
24.04.2012 - 10:15
Sabah Azərbaycan kubokunda cavab yarımfinal oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, yubiley – XX kubokun finalının iştirakçıları Bakıda və Ağdamda keçirilən həlledici matçlarda müəyyənləşəcək. Qeyri-məhsuldarlığı ilə yadda qalan, 2 oyuna cəmi 1 qol vurulan ilk oyunlardan sonra intriqa qalıb. Düzdür, çoxları “Qarabağ”ın “Bakı”ya səfərdə qalib gələndən sonra finala çıxdığını, ən azı daha şanslı olduğunu düşünə bilər. Ancaq bu komandalar arasında ötən turda Ağdamda keçirilən oyun ehtimalları alt-üst etdi. Belə ki, “Bakı” “Qarabağ” üzərində inamlı qələbə qazandı – 4:2.
Göründüyü kimi, “zolaqlılar” kubokda səfər matçında ona lazım olan qol vurmaq bacarığını artıqlaması ilə göstərdi. İndi onu Ağdamdakı cavab oyununda nümayiş etdirmək qalır. Yəni “Bakı” finala çıxmaq üçün mütləq səfərdə qol vurub, qalib gəlməlidir. “Qarabağ” isə həmin məğlubiyyətdən sonra ilk növbədə psixoloji problemləri aradan qaldırıb, finala vəsiqə verən həlledici oyuna köklənməlidir. “Bakı”nın Premyer Liqadan Avroliqaya çıxmaq şansı nəzəri cəhətdən qalsa da, daha real məhz kubokdur. Hətta elə bilər ki, komanda finalda uduzaraq, avrokuboka vəsiqə qazansın. Bu, “Neftçi”nin finala çıxacağı halda gerçəkləşəcək ki, onun ardıcıl 2-ci il çempion olacağı heç kimdə şübhə doğurmur. Kubokda qaydaya görə isə çempiona uduzan finalçı birbaşa Avroliqaya vəsiqə qazanır.
Paytaxt klublarının duelində isə şanslar tam bərabərdir. Hər halda, ilk oyundan sonra qapılara top vurulmadı və cavab matçı da belə nəticələnərsə, cütün taleyini aydınlıq gətirmək əlavə vaxta, hətta penaltilər seriyasına kimi uzana bilər. “İnter” evdə “Neftçi”yə qalib gələ bilməsə də, kubokda vacib olanı etdi. Bu da öz meydanında top buraxmamağıdır. Yəni “bankirlər” cavab matçında istənilən qollu heç-heçə ilə finala çıxmış olacaq. Ona görə də “Neftçi” top buraxarsa, onun əvəzini 2 qol vurmaqla, çıxmalıdır. Üstəlik, komandanın ötən tur Lənkərandakı oyunundan sonra heyətincə ciddi itkilər yaranmağı, Premyer Liqamızın da bombardiri olan Bahodir Nasimovun zədələnməyi işini çətinləşdirir.
Hər halda, lider bu həftə özü üçün birdən-birə 2 uğura imza atmaq şansına malikdir. Bu, əvvəl finala çıxmaq, bazar günü isə çempionluğu bayram etməkdir. Maraqlıdır ki, “Neftçi”nin çempionluq yolunda qalan yeganə rəqibi məhz “İnter”dir. Sözsüz ki, bu, onların kubok mübarizəsinə əlavə rəng qatır.
25 aprel
16:00. “Qarabağ” – “Bakı”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
İlk oyun – 1:0
17:20. “Neftçi” – “İnter”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk oyun – 0:0

0
0