“Barselona”nın məğlubiyyətlərinin səbəbkarı Messidir
24.04.2012 - 11:16
Bu mövsüm İspaniyanın “Barselona” komandasının üzləşdiyi məğlubiyyətlərə argentinalı futbolçu Lionel Messi səbəbkar olub. Lent.az-ın məlumatına görə, belə qənaətə “Goal.com” saytı gəlib.
Sayt iddia edir ki, Messiyə tam etibar etməsi “Barsa”nın çox zəif tərəfinə çevrilib. Bu mövsüm 25 yaşlı hücumçu 21 matçda qol vura bilməyib. Onların arasında komandanın bu müddətdə üzləşdiyi bütün 4 məğlubiyyət də var. Qalan 17 görüşdən 9-u heç-heçə nəticələnib və yalnız 8-də qələbə qazanılıb.
Statistik göstəricilər əsasında nüfuzlu nəşr belə qənaətə gəlib: “”Barselona”ya uduzmamaq üçün, sadəcə, Messini bağlamaq lazımdır. Bu, 62 faiz halda uğur gətirir.
Qeyd edək ki, “Barselona” son 2 matçını məğlubiyyətlə başa vurub. Kataloniya təmsilçisi Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə İngiltərənin “Çelsi” komandasına 0:1, İspaniya çempionatının 34-cü turunda isə əzəli rəqibi “Real Madrid”ə 1:2 hesabı ilə uduzub. Bu oyunlarda baş məşqçi Xosep Qvardiolanın komandasından yeganə topu Aleksis Sançes vurub.

0
0