Alberto Zakkeroni: Hondanı Azərbaycanla matçda oynada bilərəm
24.04.2012 - 12:23
Alberto Zakkeroni: Hondanı Azərbaycanla matçda oynada bilərəm
Rusiyanın MOİK klubunun futbolçusu Keysuke Honda Azərbaycan milli komandasına qarşı oynaya bilər. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi 8 aylıq fasilədən sonra Yaponiya yığmasına məhz millimizlə oyunda qayıdacaq.

“Mavi samuraylar”ın baş məşqçisi Alberto Zakkeroni Hondanı mayın 23-də keçiriləcək yoldaşlıq oyununa çağıracağını açıqlayıb. O, bildirib ki, Keysuke millimizlə, 2 həftə sonra isə Omanla matçlarda forma geyə bilər. Sonuncu matç DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunudur: “Honda Yaponiya yığması üçün vacib oyunçudur. Biz hamımız onu dəstəkləyirik ki, iyun matçlarına hazır olsun. Mən onun “Dinamo” ilə oyununu izlədim. Düşünürəm ki, o məşqlərini davam etdirsə Azərbaycanla oyunda xidmətindən yararlana bilərəm”.