Finalda gözəl ssenari, sürpriz təqdimat
24.04.2012 - 12:40
Finalda gözəl ssenari, sürpriz təqdimat
Azərbaycan kubokunda cari mövsümün final oyununa xüsusi hazırlıq gedir. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev apasport.az saytına açıqlamasında mayın 17-də Mərdəkan qəsəbəsində “Dalğa Arena”da keçiriləcək həlledici matçın təşkilatçılığın möhtəşəm olacağını bildirib. Onun sözlərinə görə, ilk dəfə bu stadionunda keçiriləcək final tam fərqli olacaq: “Azərbaycan kubokunun final oyunu çox gözəl təşkil olunacaq. Budəfəki final hamısından fərqli olacaq. Sürprizlər gözlənilir. Kubokun finalı ilə çox gözəl ssenari hazırlanıb. Ancaq hələ açıqlamaq istəmirik. Təşkilatçıqlıla bağlı sponsorluğun hamısını Peşəkar Futbol Liqasının özü edəcək”.

Qeyd edək ki, yubiley – XX Azərbaycan kubokunun finalçıları sabah cavab yarımfinal oyunlarında müəyyənləşəcək.

Mehman SÜLEYMANOV