Berti Foqts paytaxt derbisində
25.04.2012 - 11:56
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, bir müddətdir vətəni Almaniyada olan çalışdırıcı bu gün keçiriləcək Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsinin cavab oyunlarından birini izləyəcək. Foqts Bakıda “Neftçi” və “İnter” arasında paytaxt derbisini stadiondan seyr edəcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 17:20-də başlayacaq.
0
0