Kroyffdan millimizin sabiq baş məşqçisinə yüksək qiymət
25.04.2012 - 16:05
Əfsanəvi hollandiyalı futbolçu Yohan Kroyff Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresə yüksək qiymət verib. Apasport.az saytının məlumatına görə, bu gün 65 illik yubileyini qeyd edən “Uçan holland” ləqəbli keçmiş hücumçu braziliyalı çalışdırıcıya arzularının komandasında yer verib.
Kroyffun fikrincə, Torres müdafiəçi kimi ideal “11-liyi”ndə düşməyə layiqdir: “Mən ideal komanda üçün formula tapmağa çalışdım ki, orada hər oyunçu öz mövqeyində maksimal nəticə versin. O, eyni zamanda komanda yoldaşlarının maraqlarını nəzərə alaraq, komanda oyununa uyğunlaşa bilsin. Beləliklə, sol hücumçu Pit Keyzer, sağ hücumçu Qarrinçanı qoyardım. Onlara yarımmüdafiədə - solda Bobbi Çarlton, sağda Alfredo di Stefano kömək edərdi. Sol müdafiəçi Ruud Krol, sağ müdafiəçi Karlos Alberto Torresi müəyyənləşdirdim. Müdafiənin mərkəzində isə Frants Bekkenbauerlə Xosep Qvardiolanı qoyardım. Dieqo Maradona mərkəz yarımmüdafiəçisi, Pele mərkəz hücumçusu olardı. Qapıda isə Lev Yaşin dayanardı”.
Qeyd edək ki, Torres 1970-ci ildə Braziliya yığmasının heyətində Pelenin kapitanı kimi dünya çempionu olub.

0
0