“Barselona” – “Çelsi” oyunu İspaniyada bu il ən populyar hadisə oldu
25.04.2012 - 16:35
“Barselona” – “Çelsi” oyunu İspaniyada bu il ən populyar hadisə oldu
Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” – “Çelsi” oyunu İspaniyada böyük əks-səda doğurub. Apasport.az saytının məlumatına görə, “Nou Kamp”da keçirilən cavab oyunu bu il ölkədə ən populyar televiziya hadisəsi olub. Belə ki, İspaniyada insanların 55,8 faizi matçı canlı izləyib. Bu, o deməkdir ki, komandalardan birinə azarkeşlik etmək üçün həmin gün ekran qarşısına 11,2 milyon tamaşaçı toplaşıb. Bu isə 2:2 hesabı ilə nəticələnən oyunu televiziya tarixində ən məşhur proqramlardan biri edib.

Qeyd edək ki, “Barselona” ilk oyunda səfərdə 0:1 hesabı ilə uduzduğu üçün finala çıxa bilməyib.