“Bizim klub heç vaxt futbolçunu yarıyolda qoymayıb”
25.04.2012 - 23:02
“Müalicəm davam edir. Daha doğrusu, Bakıya 2-3 gün əvvəl dönmüşəm”. Bu sözləri apasport.az saytına “Bakı” klubunun müdafiəçisi Elvin Əliyev deyib.
Bir müddətdir zədədən əziyyət çəkən futbolçu komandasına kömək etmək iqtidarında deyil. Müalicə prosesinə başlayan futbolçunu həm yerli, həm də xarici həkimlər müalicə edir.
Daha doğrusu, bir müddətdir yerli həkimlər tərəfindən müalicə olunan futbolçu bu günlərdə müayinədən keçmək üçün Moskvaya yollanmışdı. Rusiya paytaxtında olan vaxt həkimlər ona yaxşı müalicə kursu keçəcəyi təqdirdə təxminən 2 aydan sonra yaşıl meydanlara dönə biləcəyini deyib: “Orada olarkən dedilər 2 aya oynaya bilərsən. Amma bunun üçün yaxşı müalicə olunmalısan. Dizimdə problem yaranıb. İndi klub rəhbərliyinin qərarını gözləyirəm”.
O, oyunların sıx qrafiklə keçirilməsi üzündən hələ “Bakı” rəhbərliyi ilə görüşə bilmədiyini, amma müalicə üçün ona yaşıl işığın yandırılacağına əmin olduğunu vurğulayıb: “Oyunlarla əlaqədar hələ baş qarışıqdır. Fürsət tapıb rəhbərliklə görüşə bilməmişəm. Amma əminəm ki, müalicəmə kömək edəcəklər. Çünki bizim klub heç vaxt futbolçunu yarıyolda qoymayıb”.
Gələn ay “Bakı” ilə müqaviləsi başa çatacaq Elvin karyerasını harada davam etdirəcəyini bilmir: “Müqaviləm başa çatır. Hələ təklif də yoxdur. Ancaq mənim üçün vacib olan zədəmi sağaltmaqdır. “Bakı” rəhbərliyinin dəstəyini hər zaman hiss edirəm. Onlar da tez sağalmağımı istəyirlər”.

0
0