“İnter” “Dalğa Arena”ya getmədi
25.04.2012 - 23:06
“İnter” “Dalğa Arena”ya getmədi
"İnter" stadionla bağlı qərarını verib. Apasport.az saytının xəbərinə görə, "bankirlər" mövsümün sonuna kimi qonaqlarını "Şəfa"da qəbul edəcək.

Düzdü, "Xəzər Lənkəran"la matçın "Dalğa Arena"da baş tutmaq ehtimalı var idi. Amma klubun mətbuat katibi Səbuhi Məmmədov bildirib ki, klub rəhbərliyi qərarını dəyişib: "Düzdü, dünya çempionatı ilə əlaqədar olaraq, stadionumuzda təmir işləri aparılır. Amma bu ev oyunlarına təsir etməyəcək. Mövsümün sonuna qədər "Şəfa"da qalacağıq. Bundan sonrakı işləri isə zamanın ixtiyarına buraxmaq lazımdı".