“Rəvan” Artyuxu erkən yola saldı
25.04.2012 - 23:07
"Rəvan" daha bir futbolçusu ilə münasibətlərə son qoyub. Apasport.az saytının xəbərinə görə, komandanın məşqçilər korpusunun qərarına əsasən ukraynalı legioner Sergey Artyux düşərgədən uzaqlaşdırılıb. Buna səbəb kimi oyunçunun son vaxtlar zəif çıxış etməsi göstərilib.
Vladislav Qədirovun dönəmində kollektivə cəlb olunan oyunçu artıq "Rəvan"ın düşərgəsində deyil. Bunu paytaxt təmsilçisinin vitse-prezidenti Bəhruz Şirəliyev də təsdiqləyib: "Artyux artıq bizim komandamızda deyil. Onunla danışdıq, razılaşdıq və qarşılıqlı şəkildə anlaşmanı ləğv etdik".
Qeyd edək ki, Roman Pokoranın Azərbaycana gətirdiyi hücumameyilli yarımmüdafiəçi bundan öncə "Simurq" və "Turan"ın formasını geyinib.

0
0