Əfran İsmayılov üçün mövsüm bitdi
25.04.2012 - 23:08
Dünən "Bakı"yla Azərbaycan kubokunun cavab yarımfinal oyunun əlavə vaxtında zədə alaraq meydanı tərk edən Əfran İsmayılovun durumu ciddidi. Apasport.az saytının xəbərinə görə, bu haqda futbolçu özü məlumat verib. O bildirib ki, ayağının damarı yırtıldığından ən azı bir ay yaşıl meydanlardan uzaq olacaq: "Hər halda mən belə təxmin edirəm ki, zədəm səbəbindən bu çempionatda heç bir oyuna çıxmayacağam. Zədəm daha da ciddi ola bilər".
İsmayılov bildirib ki, bu gün tibbi müayinədən keçəndən sonra konkret hansı müddətə yaşıl meydana qayıdacağı məlum olacaq. Ancaq çox güman ki, Əfran üçün mövsüm bitib.
İsmayılov bildirib ki, bu gün tibbi müayinədən keçəndən sonra konkret hansı müddətə yaşıl meydana qayıdacağı məlum olacaq. Ancaq çox güman ki, Əfran üçün mövsüm bitib.
0
0