Şok qərar: 11 klubun lisenziyası əlindən alındı
25.04.2012 - 23:09
İsveçrə Futbol Federasiyası şok qərarlar qəbul edib. Apasport.az saytının xəbərinə görə, qurum 11 klubun lisenziyasını ləğv edib. "Allsvenskan" adlanan güclülər dəstəsində 4 - "Yanq Boyz", "Syon", "Servett" və "Sürix"in, "Superettan" adlanan birinci liqadan isə 7 klubun - "Biel", "Bellinzona", "Çyasso", "Etoile", "Kriens", "Luqano" və "Vintertur"un 2012-2013 mövsümü üçün lisenziyası əlindən alınıb.
Buna səbəb onların maliyyə vəziyyətlərinin yaxşı olmaması və uşaq futboluna lazımınca diqqət ayırmamaları göstərilib. Klublara apellyasiya şikayəti vermək üçün 5 gün vaxt ayrılıb. Apellyasiya şikayəti təmin olunmasa, klublar avrokuboklara buraxılmayacaq.

0
0