Daha 4 il Kloppla
25.04.2012 - 23:12
Dortmund "Borussiya"sını ardıcıl ikinci dəfə bundesliqa çempionu edən Yurgen Klopp əksər Avropa nəhənglərinin diqqət mərkəzində olan məşqçilərdən biridi. Apasport.az saytının xəbərinə görə, bunu dərk edən dortmundlular 44 yaşlı çalışdırıcının sözləşməsini yeniləmək istəyirlər.
Məlumata görə, Kloppun yeni anlaşmasının müddəti 2016-cı ilə qədər olacaq. Tərəflərin yaxın günlərdə müqaviləyə qol çəkəcəkləri gözlənilir.
Məşqçilik karyerasına 2001-ci ildə "Maynts"da başlayan Klopp 7 il bu klubda çalışdıqdan sonra "Borussiya"nın "sükanı arxasına" keçib. O, ötən il ölkəsində ən yaxşı məşqçi adına sahib çıxmışdı.

0
0