Qızılların taleyi
27.04.2012 - 09:30
FİFA-nın “Xəzər Lənkəran”la bağlı çıxardığı son qərar Premyer Liqanın qalibinin növbəti turda rəsmiləşməsini təxirə salmadı. Apasport.az saytının məlumatına görə, 60 xalla vahid liderliyini davam etdirən “Neftçi” ardıcıl ikinci çempionluğunu artıq bu bazar qazanmaq şansını saxlayır.
Ancaq fərq ondadır ki, xal durumu dəyişib. Yəni, “Xəzər Lənkəran”dan 6 xal silinəndə vəziyyət elə idi ki, “Neftçi” aprelin 29-da evdə “Qarabağ”a qalib gələcəyi halda, digər oyunların nəticələrindən asılı olmayaraq çempionluğunu bayram edəcəkdi. Onda 2-ci yerdə 52 xalla “İnter” gedirdi və onun “Xəzər Lənkəran”la ev oyununda büdrəməyi “Neftçi”ni avtomatik çempion edirdi.
FİFA 6 xalla yanaşı, “Xəzər Lənkəran”ın çempionluq şansını da qaytardı. Nəticədə qızıl medal iddiası qalan klubların sayı 3-ə yüksəldi ki, bunlardan da biri 3-cü pillədəki “İnter”dir. “Neftçi” ilə “Xəzər Lənkəran” arasında fərqin 6 xal olduğunu nəzərə alsaq, ikincilər nəinki rəqibinə çata, hətta onu qabaqlaya bilərlər. Təbii ki, bunun üçün “Neftçi”nin qalib gəlməməyi, lənkəranlıların isə maksimum xal qazanmağı lazımdır.
“Böyük oyun” iştirakçılarının mövsümün sonunda xalları bərabər olarsa, reqlamentə əsasən çempionluğu müəyyənləşdirmək üçün “Qızıl oyun” təyin olunacaq. Maraqlıdır ki, çempionatımızda son belə matçın iştirakçıları məhz bu komandalar olub. 2005-ci ilin iyunun 10-da Gəncədə keçirilən “Qızıl oyun”da “Neftçi” “Xəzər Lənkəran” üzərində 2:1 hesabı ilə qalib gəlib.
Lider növbəti turda “Qarabağ”a qalib gələrsə, “İnter” – “Xəzər Lənkəran” matçının nəticəsini nəzərə almalı olacaq. Yəni lənkəranlılar da qalib gələrsə, hər şey növbəti həftəsonuna qalacaq. Lənkəranlılar heç-heçə edərsə, “Neftçi”nin qələbəsi çempionluq titulunu qorumağı demək olacaq. Cənub təmsilçisi uduzarsa, liderə yenə qızıl medalçı olmaq üçün 1 xal da yetəcək. Yəni, “Neftçi”yə məqsədinə çatmaq üçün son 3 oyunda 4 xal - 1 qələbə, 1 heç-heçə əldə etmək lazımdır. “İnter”ə isə çempionluq şansını saxlamaq üçün özünün qalib gəlməyi və liderin uduzmağı vacibdir.
Son 2 oyunda təqvim “Xəzər Lənkəran” üçün daha münasibdir. Belə ki, “İnter”lə matçla çempionatımızda səfər oyunlarını bitirən lənkəranlılar mövsümə evdə - “Qəbələ” və “Qarabağ”la duellərlə yekun vuracaq. “Neftçi” isə paytaxtdan çıxmayaraq, əvvəl “Bakı”nın qonağı olacaq, sonra “Qəbələ”ni qəbul edəcək.

0
0