AFFA Belarusu axtarışa göndərdi
27.04.2012 - 09:46
Belarus Futbol Federasiyaları Assosiasiyası (ABFF) Azərbaycan milli komandası ilə yoldaşlıq oyununun ləğv olunması haqda məlumat aldığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, qurumun mətbuat xidməti assosiasiyaya AFFA-dan rəsmi məktubun gəldiyini açıqlayıb. Belaruslular Azərbaycan tərəfinin iyunun 5-də onlarla oynamaqdan imtina etdiyini bildiriblər. AFFA-nın bu addımından sonra ABFF Belarus yığması üçün təcili rəqib tapmaq axtarışına çıxıb.
0
0