“Qarabağ” klubunun bəyənmədiyi futbolçu Ronaldonu əvəzlədi
27.04.2012 - 10:11
“Qarabağ” klubunun bəyənmədiyi futbolçu Ronaldonu əvəzlədi
Ağdamın “Qarabağ” klubunun qışda baxışa çağırdığı belaruslu futbolçu Dmitri Rekiş vətənində diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun bəyənməyib geri qaytardığı legioner sevgi macəraları ilə bütün Belarusda tanınıb.

Məşhur belaruslu müğənni, aktrisa, model və televiziya aparıcısı 41 yaşlı Anjelika Aqurbaşın 24 yaşlı qızı Darya ilə münasibətləri “Torpedo-BelAZ”da çıxış edən Rekişi ulduza çevirib. Sevgilisinə görə Rusiya paytaxtı Moskvadakı evini tərk edib vətəni Belarusa qayıdan xanım verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib. O, bildirib ki, xəyallarında “Qarabağ”ın bəyənmədiyi futbolçunu deyil, Kriştianu Ronaldonu arzulayırmış: “Ən azı Kriştianu Ronaldonu arzulayırdım. Amma qismətdən qaçmaq mümkün deyil, belaruslu futbolçunu da sevmək olarmış”.