Slavço Georgiyevski “İnter”də!
25.05.2012 - 11:46
Slavço Georgiyevski “İnter”də!
Az öncə gürcüstanlı futbolçu Giorgi Adamiyanı sıralarına qatan “İnter” daha bir oyunçu ilə müqavilə imzalayıb. Apasport.az saytının xəbərinə görə, “bankirlər” Slavço Georgiyevski ilə anlaşıblar.

3 gün öncə “Neftçi”dən uzaqlaşdırılan makedoniyalı yarımmüdafiəçi növbəti bir il ərzində "İnter"in şərəfini qoruyacaq.