Mövsüm öncəsi ilk derbi
16.06.2012 - 09:39
Mövsüm öncəsi ilk derbi
Avropa Liqası və yeni mövsüm hazırlıqlarını davam etdirən "Bakı" mövsümlərarası fasilədə ilk yoxlama oyununu bu gen keçirəcək. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı təmsilçisi digər Premyer Liqa klubu AZAL-la görüşəcək. Bakı derbisi AZAL-ın Şüvələn qəsəbəsindəki stadionunda baş tutacaq. Oyunun başlama saatı 19:00-a təyin olunub.